Moskva sakini T-34 tankını satışa çıxarıb

Moskvada T-34 döyüş tankı satışa çıxarılıb.

Yerli KİV-in xəbərinə görə, paytaxt sakini "Avito" saytında T-34-85 tankının satışı haqqında elan yerləşdirib.

Elanda tankın tam bərpa olunduğu və silahsızlaşdırıldığı vurğulanıb.

Tankın qiyməti elanda göstərilməyib.

Qeyd edək ki, Т-34-85 tankı 1944-cü ildə Sovet İttifaqı qoşunlarının silahlanmasına daxil olan əfsanəvi T-34 tankının modifikasiya olunmuş variantıdır.

banner