Qaxlı kitabxanaçıdan örnək addım: Rayon şair və yazarlarının kitablarına aid videoçarx hazırladı - VİDEO

Ölkəmizdə yaranan karantin vəziyyəti ilə əlaqədar olaraq kitabxana işçiləri də tədbirlərini onlayn şəkildə həyata keçirməyə çalışırlar. Onlar şair və yazıçılarımızın doğum və anım günlərini, əlamətdar günlər və tarixləri, eləc də Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxucularına və izləyicilərinə çatdırmaq məqsədilə videolar hazırlayırlar.

Analitik.az xəbər verir ki, bu video isə Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Əmbərçay kənd kitabxanasının kitabxanaçısı Afaq Abbaslı tərəfindən hazırlanıb. Videoçarx Qax rayonunda doğulmuş şair və yazarların kitabları haqqındadır. Məqsəd izləyiciləri Qaxda doğulan şair və yazarların müəllifi olduqları kitablarla tanış etməkdir.

Videoda qaxlı yazarların hamısının kitabları olmasa da, müəyyən bir qismi yer alıb.

images
banner