Xidmət yeri karantin dövründə dəyişən hərbi qulluqçular ailəsini necə aparacaq? -AÇIQLAMA

“Karantin dövründə hərbi xidmət yeri dəyişən hərbi qulluqçu ailəsini də özü ilə apara bilər”.

Bunu Analitik.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, hərbi qulluqçu ailəsini gətirməsinin zəruri olduğu barədə təyinat aldığı hərbi hissədən müvafiq arayış almalıdır.

“Tutaq ki, hərbi qulluqçu Sabirabaddan Qubaya gedəcək. Özü Bakıdakı postları xidməti vəsiqə ilə keçə biləcək. Həyat ailəsi üçün isə arayış olmaldır. Özü Bakıdan sərbəst keçib gedə biləcək. Karantin zonasında hərəkət zamanı digər ailə üzvləri isə mütləq sms-icazə almalıdırlar”

banner