Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki vəkili Aqıl Layıc feysbukda bildirib ki, hazırda idarənin qarşısında onu gözləyir:

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

banner