Prezidentin köməkçisi sosial şəbəkələrdə operativ qərargahla bağlı videolardan danışdı: “İstedadlı uşaqlardır”
“Həkimlər ön cəbhədə mübarizə aparan qəhrəmanlardır. Onların əməyi yüksək qiymətləndirilir. Hələ müharibə bitməyib”.
Analitik.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, müharibə bitəndən sonra kimə hansı formada təltifin düşməsi mükazirə olunacaq:
“Burada ictimaiyyətin də rolu vacibdir. Son zamanlar internetdə operativ qərargah haqqında kliplər yaranıb. Onlar həddindən artıq istedadlı uşaqlardır. Olmazdı ki, onlar istedadını başqa yerə yönəldib, həkimlər haqqında sosial çarxlar hazırlasınlar?!”