Şahmar Mövsümov nəqliyyatdakı sıxlıq barədə: “600 min sərnişini daşıyan metronun bağlanması...”

“İctimai nəqliyyatda, təbii ki, sıxlıq müşahidə olunur. Bir aydan çoxdur ki, metro qapalıdır. 600 min sərnişini daşıyan metronun bağlanması ictimai nəqliyyatda sıxlıq yaradır”.

Analitik.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, prosesə mümkün qədər çoxlu sayda avtobus cəlb olunub:

“Qarajlarda ehtiyatda avtobus yoxdur. Günün pik saatlarında sıxlıq müşahidə olunur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saata düşməsinlər.

Bu, bizə həddən çox kömək edərdi. Avtobusların sayını artırmaqla sıxlığı aradan qaldırmaq heç bir şəhərdə mümkün deyil”.

banner