Şəhid general II Fəxri xiyabanda dəfn olunacaq - RƏSMİ

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.

Bu barədə Analitik.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

banner