Almaniya Rusiyanın G7-yə qayıtmasına qarşı çıxdı

Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Rusiyanın G7-nin tərkibinə qayıtmasının əleyhinə çıxış etdiyini bildirib.

Bu barədə alman nazir “Rheinische Post” nəşrinə müsahibəsi zamanı danışıb.

O bildirib ki, Rusiya G7-dən Krım məsələsinə görə çıxarılıb və problem hələ də həllini tapmayıb.

“Bu məsələ hələ də həllini tapmadığı üçün Rusiyanın dəvət olunması imkanını görmürəm”, - deyə, H.Maas bildirib.

banner