Alyaskada XX əsrin ortalarında təyyarə qəzasında ölənlərin qalıqları tapıldı

ABŞ hərbi qüvvələri Alyaskada XX əsrin ortalarında baş vermiş təyyarə qəzası qurbanlarının qalıqlarını aşkar edib.

Bu barədə “Associated Press” xəbər yayır.

Qazıntılar zamanı sərnişinlərin əşyaları da tapılıb: Budda heykəlciyi, uçuş kostyumu, bir neçə poçt markası, həmçinin, Vaşinqtondakı Müqəddəs Patrik kilsəsinin cədvəli.

Vaşinqton ştatından Alyaskaya uçan C-124 “Globemaster” hərbi təyyarəsi 22 noyabr 1952-ci il tarixində Ankoric şəhərinin yaxınlığında Qannett dağına çırpılıb. Qəzada 41 sərnişin və 11 ekipaj üzvü həyatını itirib. Hadisədən dərhal sonra ölülərin qalıqlarını çıxarmaq mümkün olmayıb və daha sonra təyyarə dağın ətəyi ilə sürüşərək, Koloni buzlağına enib.

Təyyarənin və qurbanların qalıqlarının axtarışına yalnız 2012-ci ildə hərbi təlim zamanı buzlaqda sarı rəngdə xilasetmə jileti tapıldıqdan sonra başlanılıb.

Bu günə qədər ölən 43 nəfərin qalıqlarını identifikasiya etmək mümkün olub.

banner