Böyük Britaniyada yenidən sərt karantinə qayıtdılar

Böyük Britaniyada koronavirusun yayılması səbəbindən təxminən 4,5 milyon insana karantin tətbiq edilib.

“Daily Mail” xəbər verir ki, yeni ciddi məhdudlaşdırıcı tədbirlər müəyyənləşdirilib.

Sakinlərə eyni evdə yaşamadıqları insanlarla görüşmək qadağan edilib. Eyni zamanda, bir sıra ictimai müəssisələr, o cümlədən qəlyanaltılar, restoranlar və kafelər fəaliyyət göstərməkdə davam edir.

Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, insanların sosial məsafə qaydalarına əməl etməmələri yenidən karantinə qayıtmalarına səbəb olub.

Bundan əvvəl Britaniyada təkcə karantin tədbirlərinin 500 min insanı xilas etdiyi barədə xəbər yayılmışdı.

banner