Eskobarın “kokain evlərinin” satışına başlanıldı

Kolumbiyanın Boqota şəhərində 20-ci əsrin ən çox haqqında danışılan kokain taciri Pablo Eskobara məxsus beş min daşınmaz əmlakın satışına başlanılıb. Onların ümumi dəyəri 366 milyon dollar (622 200 000 AZN) təşkil edir.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Obyektlərin əksəriyyəti evlər və tikinti əraziləridir.

Mülklər “DebtX” auksionunda satışa çıxarılacaq.

banner