Türkiyə sərt karantin rejiminə qayıdır

Türkiyənin bəzi bölgələrində epidemioloji vəziyyət yenidən gərginləşib. Bu səbəbdən 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən sərtləşdirilir.

“Gazeteduvar” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, 32 şəhərdə, dörd qəsəbədə, 37 kənddə, 39 məhəllədə və üç yaşayış məntəqəsində (toplam 83 yaşayış məntəqəsi) karantin rejimi sərtləşdirilir.

Qeyd edək ki, indiyə qədər Türkiyədə 237 265 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 5 798 xəstə pandemiyanın qurbanı olub.

banner