Azərbaycanda kafedra müdiri koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

Analitik.az-ın məlumatına görə, Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova COVID-19-dan ölüb.

Universitetin prorektoru Xanım Sultanova bildirib ki, koronovirus BSU-dan da yan keçməyib:

“BSU-nun  rus dili kafedrasının müdiri, dosent Könül Qasımovanı itirdik. Hamı kədər içindədir. Çox ağır dərddir. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Özümə yer tapa bilmirəm!”


banner