Bakıda güclü yanğın

Bakıda daha bir güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində, məcburi köçkünlərin yaşadığı evlərdən birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Analitik.az-a açıqlamasında səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayış evində yanğın olması barədə Nazirliyin çağrı mərkəzinə çağırış daxil olduğunu deyib:

“Yanğınla bağlı məlumat daxil olan kimi əraziyə Nazirliyin yanğından mühafizə xidmətinin müvafiq qüvvələri göndərilib”.

banner