Ərini hamının gözü qarşısında cəzalandırmaq qərarına gəldi

Rusiyanın paytaxtı Moskva şəhərində ərini taxta parçası ilə döyən qadın saxlanılıb.

Analitik.az REN TV-yə istinadən xəbər verir ki, insidentə səbəb kişinin öz həyat yoldaşına xəyanət etməsi olub.

Ərinin başqa bir qadınla qeyr-qanuni münasibətlərindən xəbər tutan qadın onu hamının gözü qarşısında cəzalandırmaq qərarına gəlib.

Hüquq-mühafizə orqanları hadisənin digər təfərrüatlarını araşdırır.

banner