Gəncədə iki nəfər dərmandan zəhərləndi: Birinin vəziyyəti orta-ağırdır

Gəncədə iki zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib.

1969-cu il təvəllüdlü Hüseynova Flora Davud qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lazımi tibbi yardım göstərilən qadının vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, F.Hüseynova dərmandan zəhərlənib. Zəhərlənmənin başvermə səbəbi məlum deyil.

Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən digər şəxs 1955-ci il təvəllüdlü Hüseynov Arif İlyas oğlu olub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

banner