Meymunlar evə hücum etdi: Ana və dörd uşağı öldü

Meymunların evin damına tullanması nəticəsində dağıntı meydana gəlib. Evin damının çökməsi nəticəsində beş nəfər ölüb. 

“HaberGlobal”ın məlumatına görə, hadisə Hindistanın Uttar Pradeş əyalətində qeydə alınıb. 

Hadisə zamanı ölənlər ana və dörd övladıdır. 

Tavanın çökməsi nəticəsində iki nəfər isə sağ xilas olub. 

Əyalət rəhbəri Yoqi Adityanas ailəyə yardım olaraq, 5320 dollar veriləcəyini bildirib.

banner