Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var - RƏSMİ

“Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var”.

Analitik.az-ın məlumatına görə, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

 Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır:

“Bu gün dörd mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir”.

banner