Olimpiadada iştirak edəcək şahmatçılarımız bilindi

Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək.

Analitik.az xəbər verir ki, 150 federasiyanın şahmatçılarının qatılacağı, onlayn formatda keçiriləcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 22-30 avqust tarixlərində keçiriləcək. Sabah bütün səpələnmiş divizion komandalarının adlarına aydınlıq gələcək.

banner