Bakıda 18 yaşlı oğlan kürəyindən bıçaqlandı

Bu gecə paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Sabunçu rayonunda, Ramana südçülük sovxozu ərazisində qeydə alınıb.

Naməlum şəxs 2002-ci təvvəlüdlü Əsgərov Emral Elnur oğluna bir neçə bıçaq zərbəsi vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürəyin və boynun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

banner