Baxıcılar yataq xəstəsinə işgəncə verib öldürdülər

Türkiyənin Bartın vilayətində dörd baxıcı əlilliyi olan xəstəni işgəncə ilə öldürüb.

Sondakika.com xəbər verir ki, Hüsnü Güvenç, Yasin Aygün, Sercan Aksu və İsmayıl Taflan adlı işçilər həbs olunub.

İddiaya görə, Hüsnü Güvenç özəl baxım mərkəzində qalan yataq xəstəsi Mehmet Eratiki hamamda yuyunduran zaman onun üstünə yüksək təzyiqlə su vurub. Bu zaman onun nəfəs alması çətinləşib.

Kamera görüntülərindən M.Eratikin çılpaq vəziyyətdə otağına aparıldığı bəlli olur. Beş gün sonra yaşlı kişi təcili yardımla dövlət xəstəxanasına aparılıb və orada da ölüb.

Baxım evinin rəhbəri də daxil olmaqla, bütün heyəti işdən çıxarılıb.

banner