Qaxlı kitabxanaçıdan örnək addım: Rayon şair və yazarlarının kitablarına aid videoçarx hazırladı - VİDEO
Ölkəmizdə yaranan karantin vəziyyəti ilə əlaqədar olaraq kitabxana
işçiləri də tədbirlərini onlayn şəkildə həyata keçirməyə çalışırlar. Onlar şair
və yazıçılarımızın doğum və anım günlərini, əlamətdar günlər və tarixləri, eləc
də Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxucularına və izləyicilərinə
çatdırmaq məqsədilə videolar hazırlayırlar.
Analitik.az xəbər verir ki, bu video isə Qax rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Əmbərçay kənd kitabxanasının kitabxanaçısı Afaq Abbaslı tərəfindən
hazırlanıb. Videoçarx Qax rayonunda doğulmuş şair və yazarların kitabları
haqqındadır. Məqsəd izləyiciləri Qaxda doğulan şair və yazarların müəllifi
olduqları kitablarla tanış etməkdir.
Videoda qaxlı yazarların hamısının kitabları olmasa da, müəyyən bir
qismi yer alıb.