Koronavirusun yeni simptomu aşkarlandı 

Avstraliyanın Melburn şəhərində yerləşən Kral Hospitalının tibb bacısı Emil Morris özündə koronavirusun nadir simptomunu aşkarlayıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, COVID-19-a yoluxan xəstələrlə işləyən tibb bacısı bir neçə gün əvvəl əl-ayaqlarında ağrılar hiss edib.

E.Morris bununla bağlı rəhbərliyə müraciət edib, ondan koronavirus analizləri götürülüb və cavab pozitiv çıxıb.

Qeyd edək ki, koronovirusun nadir simptomları arasında narahatlıq, titrəmə, əzələ ağrısı və fikirləri cəmləyə bilməmək də var.

banner