Üç uşağı ilə birlikdə koronavirusa yoluxan qadın xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycanda koronavirusa yoluxan qadın müalicə üçün həkim tapmadığını bildirib.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkə istifadəçisi ailəsi ilə birlikdə koronavirusa yoluxduğunu bildirib:

“Ailə üzvlərimdən üçü uşaqdır. Onların 15, 14 və dörd yaşları var. Nəfəs almağım çətinləşib. Amma həkim yoxdur. Allahla ölüm arasında qalmışıq”.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qadınla əlaqə saxlayıb:

“Onlar artıq xəstəxanaya yerləşdiriliblər”.


banner