Parlament büdcəyə dəyişiklikləri təsdiqlədi

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Analitik.az-ın xəbərinə görə, layihə səsə qoyularaq qəbul edilib. 

Layihəyə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon manat həcmində təsdiqlənir.

Bundan əvvəl 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.

2020-ci ilin dövlət büdcəsində icmal büdcənin xərclərinin yuxarı həddi 29 milyard 488 milyon 124 min manat məbləğində müəyyən olunmuşdu. Layihədə isə yazılıb ki, həmin rəqəm 30 milyard 308 milyon 342 min 200 rəqəmi ilə əvəzlənsin.

Sənəddə neftin bir barelinin qiymətinin 55 dollardan 35 dollara endirilməsi təklif olunub.

Layihədə o da yazılıb ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

banner