Evdən qaçan üç qıza təcavüz edib, narkotikə alışdırdılar - FOTO

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda kiçik yaşlarında evdən qaçan üç qız müxtəlif şəxslər tərəfindən təcavüzə məruz qalıb.

Sondakika.com xəbər verir ki, 13-14 yaş arası məktəbli qızlar S.Ü., İ.Ö., İ.B., beş ay əvvəl evdən qaçıblar.

Müxtəlif rayonlarda tanış olduqları şəxslər onları narkotik aludəçisinə çevirərək zorlayıblar.

Polis həmin qızların telefonunu izləməklə 27 nəfərin evini müəyyən edib. Bu şəxslərdən bəzilərinin qızları fahişəliyə cəlb etdikləri məlum olub. Faktla bağlı yeddi nəfər həbs edilib.



banner