Füzulidə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Analitik.az-a verilən məlumata görə, iyunun 18-də saat 5 radələrində Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin idarə etdiyi “VAZ-21011” və T.Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər 2 sərnişini, habelə T.Hacıyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

banner