Neftçalaya çəkilən su kəməri dekabrda istifadəyə veriləcək - RƏSMİ

Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə çəkilən magistral su kəməri dekabrda istifadəyə veriləcək. Analitik.az xəbər verir ki, bunu "Azərsu"ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli deyib. B. Kəngərli bildirib ki, hazırda tikinti işləri davam etdirilir.

 

“Hazırda Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə su kəmərinin tikintisi davam edir. Su kəmərinin uzunluğu 44 kilometrdir və bu günə kəmərin artıq 10 km hissəsi inşa olunub. Dekabr ayının 1-i üçün artıq bu kəmər vasitəsilə Neftçala şəhərinə keyfiyyətli içməli suyun verilməsi planlaşdırılır".

banner