Biznesinizin rəqəmləri, hər gün bir ekranda
Hansı məhsul, filial və müştəri gəlir gətirir, kim gedir və niyə: satış datanızı aydın cavablara çeviririk. iOS tətbiqlərinizi isə ideyadan App Store-a çatdırırıq.
Demo, nümunə rəqəmlərləKassadan qərara: dörd addım
Nəbz arxa planda nə edir, aşağı sürüşdürərək baxın. Nümunə rəqəmlər şərtidir.
- 1
Kassa hər gün data yığır
Hər çek, məhsul, saat və filial kassa sisteminizdə (məsələn, iiko) qeyd olunur. Amma bu data adətən heç kimin baxmadığı yerdə qalır.
- 2
Nəbz datanı toplayır və təmizləyir
Hər gecə yalnız baxış icazəsi ilə qoşuluruq, ləğv olunmuş və test çeklərini çıxarırıq, rəqəmləri gün, filial və məhsul üzrə toplayırıq.
- 3
Rəqəmlər bir ekranda görünür
Gəlir, çek sayı, orta çek, saatlar və ən çox satılan məhsullar, əvvəlki dövrlə müqayisədə.
- 4
Səhər qərar verirsiniz
Dünənin xülasəsi Telegram-a gəlir: nə dəyişdi və nəyə baxmaq lazımdır. Qəhvənizi içərkən.
Xidmətlər
Üç istiqamətdə işləyirik.
Biznes analitikası və konsaltinq
Biznes suallarınızı məlumatla cavablandırırıq: təhlil, konkret insight-lar və qərar qəbulu üçün konsultasiya.
Süni intellekt həlləri
Sizin məlumatlarınıza və iş proseslərinizə əsaslanan AI köməkçiləri və avtomatlaşdırma.
iOS tətbiqləri
Dizayndan App Store-da yayımlanmağa qədər native iPhone tətbiqləri.
Məhsullarımız
Nəbz: biznesinizin gündəlik analitikası
Nəbz kassa sisteminizə (məsələn, iiko) qoşulur və satış, məhsul və filial göstəricilərini hər gün avtomatik yeniləyir. Siz isə öz hesabınızla daxil olub hamısını bir ekranda görürsünüz. Demoda nümunə rəqəmlərlə necə işlədiyinə baxın.
Toxum: iOS tətbiqləri, ideyadan App Store-a
İdeyanızı yazın. Biz onu təhlil edib qiymət və müddət təklifi göndəririk, sonra dizayn edir, hazırlayır və App Store-da yayımlayırıq.
Layihəniz haqqında danışaq.
Əlaqə saxlayın