Məxfilik siyasəti
Bu sayt sizin haqqınızda hansı məlumatları əldə edir və onlarla nə edirik.
Saytın sahibi
Bu sayt Triumph Advisory şirkətinə (Bakı) məxsusdur. Məlumatlarınızla bağlı bütün suallar üçün info@analitik.az ünvanına yazın.
Sorğu forması
Toxum səhifəsindəki forma məlumatları saytda saxlamır. Düyməni basanda email proqramınız hazır məktubla açılır və məktub info@analitik.az ünvanına göndərilir. Orada yazdıqlarınızı yalnız sorğunuza cavab vermək üçün istifadə edirik.
Ziyarət analitikası
Saytı yaxşılaşdırmaq üçün Microsoft Clarity istifadə edirik: hansı səhifələrə baxıldığını, kliklərin və scroll-un harada olduğunu və anonim sessiya yazılarını görürük. Clarity yalnız aşağıdakı paneldə "Qəbul et" düyməsini basdıqdan sonra yüklənir və kuki yerləşdirir. İmtina etsəniz, Clarity yüklənmir. Seçiminizi istənilən vaxt səhifənin aşağısındakı "Kuki ayarları" linki ilə dəyişə bilərsiniz. Reklam üçün heç bir məlumat istifadə etmirik.
Texniki məlumatlar
Sayt Vercel-də yerləşir. Hər hostinq kimi Vercel də səhifəni göstərmək üçün IP ünvanı kimi texniki məlumatları emal edə bilər. Şriftlər Google Fonts-dan yüklənir, bu zaman brauzeriniz Google serverlərinə müraciət edir.
Nəbz müştəriləri
Nəbz-ə qoşulan şirkətlərin datası ilə necə işlədiyimizi Təhlükəsizlik səhifəsində ətraflı yazmışıq.
Sizin istəkləriniz
Bizə göndərdiyiniz məlumatların silinməsini və ya bizdə nə saxlandığını öyrənmək istəsəniz, info@analitik.az ünvanına yazın.
Son yenilənmə: 5 noyabr 2026
