Biznesinizin rəqəmləri, hər gün bir ekranda

Hansı məhsul, filial və müştəri gəlir gətirir, kim gedir və niyə: kassa datanızı hər gün aydın cavablara çeviririk.

Nəbz demosu: nümunə rəqəmlərlə idarə paneliDemo, nümunə rəqəmlərlə
5+ ilSüni intellekt və analitika sahəsində komandanın təcrübəsi
App StoreÖz iOS tətbiqlərimiz App Store-da yayımlanıb
BakıTriumph Advisory şirkəti

Nəbz necə işləyir: kassadan qərara dörd addım

Nəbz kassa sisteminizə qoşulan analitika panelidir. Aşağı sürüşdürün və hər addımda nə baş verdiyini görün.

Bütün rəqəmlər nümunədir

  1. 1

    Kassa hər gün data yığır

    Hər çek, məhsul, saat və filial kassa sisteminizdə (məsələn, iiko) qeyd olunur. Amma bu data adətən heç kimin baxmadığı yerdə qalır.

  2. 2

    Nəbz datanı toplayır və təmizləyir

    Hər gecə yalnız baxış icazəsi ilə qoşuluruq, ləğv olunmuş və test çeklərini çıxarırıq, rəqəmləri gün, filial və məhsul üzrə toplayırıq.

  3. 3

    Rəqəmlər bir ekranda görünür

    Gəlir, çek sayı, orta çek, saatlar və ən çox satılan məhsullar, əvvəlki dövrlə müqayisədə.

  4. 4

    Səhər qərar verirsiniz

    Dünənin xülasəsi Telegram-a gəlir: nə dəyişdi və nəyə baxmaq lazımdır. Qəhvənizi içərkən.

Demoya baxın

Məhsullarımız

Nəbz: biznesinizin gündəlik analitikası

Nəbz kassa sisteminizə (məsələn, iiko) qoşulur və satış, məhsul və filial göstəricilərini hər gün avtomatik yeniləyir. Siz isə öz hesabınızla daxil olub hamısını bir ekranda görürsünüz. Demoda nümunə rəqəmlərlə necə işlədiyinə baxın.

Məlumatlarınız necə qorunur · Demo tələb et →

Nümunə panelə baxın

Toxum: iOS tətbiqləri, ideyadan App Store-a

İdeyanızı yazın. Biz onu təhlil edib qiymət və müddət təklifi göndəririk, sonra dizayn edir, hazırlayır və App Store-da yayımlayırıq.

Sorğu göndərin

Öz kassa datanızla pulsuz demo: 20 dəqiqəlik söhbətdə panelinizi göstəririk.

Pulsuz demo tələb et
WhatsApp-da yazın