Biznes analitikası nədir
Biznes analitikası şirkətin öz datasından, yəni satışlardan, çeklərdən, məhsullardan və müştərilərdən idarəetmə qərarları üçün nəticə çıxarmaqdır. Məqsəd hesabat yığmaq deyil, konkret suallara cavab tapmaqdır: hansı məhsul və filial gəlir gətirir, hansı saatlarda satış düşür, hansı müştərilər geri qayıtmır və bunun səbəbi nədir.
Əksər bizneslərdə bu data artıq mövcuddur. O, kassa sistemində, Excel fayllarında və ya CRM-də saxlanılır. Problem odur ki, rəqəmlər müxtəlif yerlərdə dağınıq olur və onları əl ilə toplamaq vaxt aparır, səhvə də açıqdır. Nəticədə qərarlar çox vaxt hiss əsasında verilir, rəqəmlər isə ay sonunda, artıq gec olanda baxılır.
BI dashboard (idarə paneli) bu problemi həll edir: əsas göstəricilər bir ekranda toplanır və hər gün avtomatik yenilənir. Siz hesabat gözləmirsiniz, dünənin nəticəsini bu səhər görürsünüz. Biznes analitikası isə bir addım da irəli gedir: rəqəmin arxasındakı səbəbi tapır və nə etmək lazım olduğunu göstərir.
Hansı suallara cavab verir
Biznes analitikası rəhbərin hər gün verdiyi sualları rəqəmlərlə cavablandırır. Məsələn:
- Bu həftə gəlir niyə dəyişdi: çek sayı azaldı, yoxsa orta çek?
- Hansı filial digərlərindən geri qalır və fərq hansı saatlarda yaranır?
- Hansı məhsullar ən çox satılır, hansıları menyuda və ya rəfdə yer tutur, amma az satılır?
- Müştərilər geri qayıdırmı və gedənlər kimlərdir?
- Hansı marketinq kanalı pul qazandırır, hansı itirir?
Bu suallara cavab tapmaq üçün yeni sistem qurmaq lazım deyil. Çox vaxt kassa sistemində artıq olan data kifayət edir, sadəcə onu düzgün toplamaq, təmizləmək və hər gün eyni qaydada göstərmək lazımdır.
Kimlər üçündür
Gündəlik çoxlu satış əməliyyatı olan və datası kassa sistemində toplanan bizneslər üçün. Xüsusilə:
- Kofe şoplar. Orta çek, günün saatları üzrə satış, ən çox və ən az satılan məhsullar, filialların müqayisəsi, təkrar gələn müştərilər.
- Restoranlar. Gəlir və onun dinamikası, çek sayı, menyu mövqelərinin satışı, həftənin günləri üzrə yüklənmə, stok və maya dəyəri.
- Pərakəndə mağazalar. Məhsul və kateqoriya üzrə satış, filiallar arasında fərq, harada gəlir itir, hansı mövqeyə diqqət lazımdır.
Klinika, fitnes zalı və başqa xidmət biznesləri üçün də işləyirik. Əsas şərt satış və müştəri datanın rəqəmsal formada saxlanılmasıdır. Datanın harada olduğunu bilmirsinizsə, bunu birlikdə müəyyən edirik.
Nəbz necə işləyir
Nəbz bizim gündəlik analitika məhsulumuzdur. O, biznesinizin rəqəmlərini hər gün özü yeniləyən idarə panelidir. Proses dörd addımdan ibarətdir:
- Qoşulma. Nəbz kassa sisteminizə (məsələn, iiko) admin girişi ilə yox, yalnız hesabatlara baxa bilən ayrıca istifadəçi ilə qoşulur. Bu istifadəçi ilə satışlarda, menyuda və ya qiymətlərdə heç nə dəyişdirmək mümkün deyil.
- Gündəlik yeniləmə. Satış, məhsul və filial göstəriciləri hər gün avtomatik hesablanır. Excel-də əl ilə toplamağa ehtiyac qalmır.
- Bir ekranda baxış. Öz hesabınızla daxil olub bütün göstəriciləri bir ekranda görürsünüz. Hər şirkət yalnız öz datasını görür.
- Səhər xülasəsi. İstəsəniz, dünənin qısa xülasəsi hər səhər Telegram-a gəlir: nə dəyişdi və nəyə baxmaq lazımdır.
Təhlükəsizlik ayrıca vacibdir. Kassa sisteminə qoşulmaq üçün verdiyiniz giriş məlumatları şifrələnmiş şəkildə saxlanılır. Müştərilərinizin adlarını, telefon və kart nömrələrini çəkmirik. Yalnız gün, filial və məhsul üzrə toplanmış rəqəmlər saxlanılır. Bizim üçün yaratdığınız istifadəçini silməklə girişi istənilən vaxt bağlaya bilərsiniz. Ətraflı: Məlumatlarınız necə qorunur.
Dashboard-da nələr olur
Göstəricilər biznesinizin növünə görə seçilir. Ən çox istifadə olunanlar:
- Gəlir və onun dinamikası
- Çek sayı və orta çek
- Saat və günlər üzrə satış
- Ən çox və ən az satılan məhsullar
- Filialların müqayisəsi
- Təkrar müştərilər və itki (churn)
- CLV / CAC və marketinq kanalları
- Stok və maya dəyəri
Siyahıda olmayan göstəricini də əlavə edə bilərik, məsələn ofisiant üzrə satış. Nəticəni idarə paneli, gündəlik Telegram hesabatı və ya aylıq PDF hesabat şəklində almaq olar.
Nümunə dashboard
Nəbz-in necə göründüyünə indi baxa bilərsiniz. Nümunə paneldə bütün rəqəmlər nümunədir, real şirkətə aid deyil, amma panelin quruluşu və göstəricilər real məhsuldakı kimidir. Öz biznesiniz üçün necə görünəcəyini isə demo qurucusunda seçib dərhal görə bilərsiniz.
Biznes analitikası xidmətlərimiz
Gündəlik panel əsas addımdır. Bundan əlavə konkret biznes suallarına cavab verən layihələr aparırıq: churn diaqnostikası (hansı müştərilər gedir və niyə), CLV, CAC və marketinq gəlirliliyi (hansı kanal pul qazandırır), satış və məhsul analitikası (orta çek, saatlar, filiallar və məhsullar). Bütün xidmətlər Xidmətlər səhifəsindədir.
Tez-tez verilən suallar
Biznes analitikası ilə adi hesabat arasında fərq nədir?
Hesabat nə baş verdiyini göstərir: dünən nə qədər satılıb. Biznes analitikası niyə baş verdiyini və nə etmək lazım olduğunu göstərir: hansı filial və ya məhsul nəticəni aşağı salır, hansı müştərilər qayıtmır və onları necə saxlamaq olar.
Hansı data mənbələri ilə işləyirsiniz?
Kassa sistemləri (məsələn, iiko), Excel və Google Sheets faylları, CRM və onlayn mağaza datası ilə. Datanızın harada saxlandığını bilmirsinizsə, ilk söhbətdə bunu birlikdə müəyyən edirik.
Datam təhlükəsizdirmi?
Kassa sisteminizə yalnız baxış icazəli istifadəçi ilə qoşuluruq, giriş məlumatları şifrələnmiş saxlanılır, müştərilərinizin şəxsi məlumatlarını çəkmirik. Hər şirkət yalnız öz datasını görür. Girişi istənilən vaxt özünüz bağlaya bilərsiniz.
Xidmətin qiyməti nə qədərdir?
Qiymət layihənin həcmindən və datanın vəziyyətindən asılıdır. Sorğunuza cavabda dəqiq təklif yazırıq.
Başlamaq üçün nə etməliyəm?
Pulsuz demo tələb edin: biznesinizi, datanızın harada olduğunu və hansı göstəriciləri görmək istədiyinizi seçin. 20 dəqiqəlik söhbətdə öz kassa datanızla panelinizi göstəririk. Datanı formada yükləmirsiniz, təhlükəsiz paylaşma yolunu əlaqədən sonra təklif edirik.
