Xidmətlər

Sayt istifadəçi analitikası (UX)

Müştəri hansı addıma qədər gəlir və harada dayanır? Ziyarətçilərin saytınızda nə etdiyini görün və itki yerlərini düzəldin.

Nəticə necə görünəcək

Formaya gedən yol: harada dayanırlar

  • Ana səhifə1000
  • Xidmət səhifəsi420−58% itki
  • Forma açıldı160−62% itki
  • Forma göndərildi48−70% itki

Nümunə görünüş: rəqəmlər şərtidir, real layihədə sizin datanızla hazırlanır.

Sizə nə qazandırır

Bu olmadan

  • Sayta trafik gəlir, müraciət gəlmir və səbəbi bilinmir
  • Dizayn zövqə görə dəyişdirilir
  • Telefonda işləməyən düymə aylarla qalır

Bununla

  • Müştərinin hansı addımda dayandığı görünür
  • Dəyişikliklər data ilə əsaslandırılır
  • Problemlər təsirinə görə sıra ilə düzəlir
Nəticəni nə ilə ölçürük:Forma göndərmə payıAddımlar arası itkiMobil və kompüter fərqi

Arxa planda nə baş verir

Sadə görünən nəticənin arxasında bu addımlar dayanır. Hər birini sizin dataya uyğunlaşdırırıq. Nümunələr şərtidir.

  1. 1Razılıq və maskalamaKuki paneli qurulur, şəxsi məlumatlar maskalanır.forma sahələri görünmür
  2. 2HadisələrVacib addımlar ölçülə bilən hadisəyə çevrilir.form_start, form_sent
  3. 3FunnelHər addıma neçə nəfərin çatdığı hesablanır.1000 → 420 → 160 → 48
  4. 4HeatmapKlik və scroll xəritəsi oxunmayan blokları göstərir.qiymət bloku: 18% görür
  5. 5Sessiya yazılarıDayandıqları anlarda ziyarətçilərə baxılır.telefonda düymə görünmür
  6. 6Düzəliş siyahısıProblemlər təsir və zəhmətə görə sıralanır.1. düymə, 2. forma, 3. mətn

Hansı suala cavab verir

Ziyarətçilər hara baxır, hara klikləyir, harada çaşır və müraciət və ya satış formasını niyə yarımçıq qoyur?

Nə alırsınız

  • Microsoft Clarity kimi analitika alətinin quraşdırılması: kuki razılıq paneli və şəxsi məlumatların maskalanması ilə
  • Heatmap, scroll və klik təhlili: hansı bloklar oxunur, hansılar görünmür
  • Sessiya yazılarının təhlili: ziyarətçilərin çaşdığı və ya dayandığı yerlər
  • Addım-addım itki (funnel) təhlili: ana səhifə → xidmət → forma → göndərmə yolunda hər addıma neçə nəfər çatır və harada dayanır. Bunun üçün düymə klikləri, formaya başlama və göndərmə kimi hadisələri sayta əlavə edirik
  • Prioritetləşdirilmiş düzəliş siyahısı: nəyi, niyə və hansı ardıcıllıqla dəyişmək

Lazım olan data

Saytın idarəetmə panelinə və ya koduna giriş (izləmə kodunu yerləşdirmək üçün) və saytın əsas məqsədi: müraciət, satış, zəng

İş planı

  1. 1TanışlıqSual, məqsəd və mövcud data
  2. 2Data yoxlamasıƏhatə dairəsi yazılı razılaşdırılır
  3. 3TəhlilHesablamalar və vizuallar
  4. 4NəticələrBirlikdə nəzərdən keçirilir
  5. 5Tətbiq və izləməAddımlar, istəyə görə Nəbz-də

← Bütün xidmətlər

Qiymət sizin vəziyyətinizdən asılıdır. Gəlin danışaq

Hər biznesin datası və məqsədi fərqlidir. Hazır qiymət siyahısı əvəzinə qısa, pulsuz söhbətdə sualınızı dinləyir, nəyin mümkün olduğunu deyir və yazılı təklif göndəririk. Heç bir öhdəlik yoxdur.

  1. 1YazırsınızÇatda, WhatsApp-da və ya formada bir-iki cümlə kifayətdir.
  2. 2Pulsuz 20 dəqiqəlik söhbətMəqsədi və mövcud datanı birlikdə aydınlaşdırırıq.
  3. 3Yazılı təklifNə edəcəyimizi, nəticəni və qiyməti açıq yazırıq.
WhatsApp-da yazın